Azərbaycanda dövlət satınalmalarına yönəldilmiş vəsait cüzi azalıb

Azərbaycanda dövlət satınalmalarına yönəldilmiş vəsait cüzi azalıb Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təqdim etdiyi məlumatlara əsasən, 2019-cu ildə “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş metodlar tətbiq etməklə dövlət vəsaitləri hesabına ümumilikdə 5,7 milyard manat məbləğində satınalma müqavilələri bağlanıb və 11 457 sayda müsabiqə keçirilib.
Maliyyə
4 İyun , 2020 16:05
Azərbaycanda dövlət satınalmalarına yönəldilmiş vəsait cüzi azalıb
Report

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təqdim etdiyi məlumatlara əsasən, 2019-cu ildə “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş metodlar tətbiq etməklə dövlət vəsaitləri hesabına ümumilikdə 5,7 milyard manat məbləğində satınalma müqavilələri bağlanıb və 11 457 sayda müsabiqə keçirilib.

"Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Rəyə əsasən, 2018-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğ 93 milyon manat və yaxud 1,6% az olsa da, keçirilmiş müsabiqələr 534 sayda və yaxud 4,9% çox olub. 

Son xəbərlər

Orphus sistemi