Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

    Hərracda tələb təklifi 3 dəfə üstələyib

    Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101020516 ISIN kodlu, 91 gün tədavül müddətli, 22 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

    Bu barədə "Report"a BFB-dən bildirilib.

    Məlumata görə, hərraca 8 investor 14 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 63 266 100 manat təşkil edib. Sifarişlər 94,87 manat (21,99%)-96,45 manat (14.968%) qiymət intervalında təqdim olunub.

    Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 95,5375 manat (18,9951%), ortaölçülmüş qiyməti 95,6616 manat (18,4429%) təşkil edib.

    Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək.

    İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 22 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 31.01.2017-ci ildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi