Azərbaycanda dollarlaşma səviyyəsi artıb

Azərbaycanda dollarlaşma səviyyəsi artıb Cəmi depozitlər üzrə dollarlaşma dərəcəsi 80%-i ötüb, kreditlərdə isə 48%-i üstələyib
Maliyyə
9 Sentyabr , 2016 18:17
Azərbaycanda dollarlaşma səviyyəsi artıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi 206-cı il avqust ayının 1-nə 80,8% təşkil edib. Keçən ay bu göstərici 80,59% olub. İlin əvvəlində əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 71,4% təşkil edib.

Cəmi depozit bazasında avqustun 1-nə dollarlaşma dərəcəsi 80,01% olub. Keçən ay bu göstərici 80,8%, ilin əvvəli 81,6% təşkil edib. Keçən ilin analoji dövründə isə 73,3% olub.

Kreditlərin strukturunda avqust ayının 1-nə dollarlaşma dərəcəsi 48,2% təşkil edib. İyulun 1-nə bu göstərici 48,08%, ilin əvvəlində 49,4%, 2015-ci ilin analoji dövründə isə 43,43% olub.

Son xəbərlər

Orphus sistemi