Yuxarı

Azərbaycanda depozitlərin ucuzlaşması davam edir

Depozitlər üzrə orta faiz dərəcəsi illik 7,71% təşkil edib

Bakı. 10 sentyabr. REPOPRT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozitlər üzrə orta faiz dərəcəsi iyul ayında mənfi dinamika nümayiş edib. Hesabat dövründə manat ekvivalentində depozitlər üzrə orta faiz dərəcəsi illik 7,71% təşkil edib.

"Report" Mərkəzi Banka istinadən xəbər verir ki, xarici valyutada olan depozitlər üzrə orta faiz dərəcəsi iyulda illik 5,14%-ə enib. Xatırladaq ki, iyunda depozitlər üzrə orta faiz dərəcələri manat ekvivalentində 7,85%, xarici valyutada isə 5,42% olub.

Xatırladaq ki, ilin əvvəlində manatla depozitlər üzrə orta faiz dərəcəsi 8,08%, xarici valyutada isə 8,06% qeydə alınıb.

Hesabata əsasən iyulda fiziki şəxslər üzrə orta faiz dərəcəsi manatla əmanətlərdə 8,84%-ə, xarici valyutada isə 6,33%-ə enib və nəticədə iyun ayı ilə müqayisədə müvafiq olaraq 0,2 faiz bəndi və 0,4 faiz bəndi azalma müşahidə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi