Azərbaycanda depozitar sistemində hesabların açılması və idarə edilməsinə dair yeni qaydalar təsdiqlənib

Azərbaycanda depozitar sistemində hesabların açılması və idarə edilməsinə dair yeni qaydalar təsdiqlənib Sənəd Milli Depozit Mərkəzinin Müşahidə Şurası tərəfindən təsdiq olunub
Maliyyə
21 İyun , 2016 10:23
Azərbaycanda depozitar sistemində hesabların açılması və idarə edilməsinə dair yeni qaydalar təsdiqlənib

Bakı. 21 iyun. REPORT.AZ/ Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurası tərəfindən “Depozitar sistemində hesabların açılması, bağlanması və idarə edilməsinə dair” yeni qaydalar təsdiq edilib.

"Report"un MDM-ə istinadən verdiyi xəbərə görə, yeni qaydalarda investisiya fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər depo hesabının açılması və digər depozitar xidmətlərindən yararlanmaq üçün MDM-ə deyil, birbaşa xidmət olunduğu investisiya şirkətinə müraciət etmək imkanı əldə edir. Bununla yanaşı, yeni normativlərə uyğun olaraq, MDM-in üzvü olan investisiya şirkətləri depozitar xidmətlərinin göstərilməsində MDM-in ön ofisi rolunu oynayacaq.

Qaydaların layihəsinin tətbiqi və istifadəsi ilə bağlı investisiya şirkətlərinin nümayəndələri ilə mütamadi olaraq görüşlər keçirilib və mütəxəsislər tərəfindən ətraflı məlumat verilərək geniş müzakirələr aparılıb. İnvestisiya şirkətlərinin nümayəndələrinə yeni qaydaların tətbiqi ilə bağlı təcrübənin əldə edilməsi məqsədilə mərkəzi depozitar sistemində investorlara depo hesablarının açılması və idarə edilməsi MDM əməliyyatçıları tərəfindən birbaşa proqram təminatında nümayış etdirilib.

Son xəbərlər

Orphus sistemi