Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı iki dəfədən çox artıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı iki dəfədən çox artıb ​İyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13,5 min müqavilə bağlanıb
Maliyyə
3 İyul , 2015 10:29
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarı iki dəfədən çox artıb

Bakı. 3 iyul. REPORT.AZ/ Cari ilin iyun ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanıb.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 5 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,4%-i yaşayış evləri və mənzillər, 1,5%-i inzibati binalar, 17,1%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50%, sığorta haqlarının məbləğində isə 2,4 dəfə artım müşahidə edilib.

Ümumilikdə, 2015-ci ilin yanvar-iyun ayları ərzində ölkədə bu sahədə 67 112 sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə toplanan sığorta haqları 17,9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində isə 2 dəfə artım müşahidə edilib.

Son xəbərlər

Orphus sistemi