Azərbaycanda "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi hazırlanır

Azərbaycanda "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi hazırlanır Azərbaycan hökuməti daşınar əmlakının yüklülüyü ilə bağlı yeniliyin tətbiqinə böyük önəm verir
Maliyyə
5 Aprel , 2017 15:12
Azərbaycanda Daşınar əmlakın yüklülüyü haqqında qanun layihəsi hazırlanır

Bakı. 5 aprel. REPORT.AZ/ Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da “Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi hazırlanarkən 4 komponent əsas götürülüb “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar" mövzusunda keçirilən konfransda layihənin müəllifi, hüquq məsləhətçisi Aqil Abdullayev deyib.

Onun sözlərinə görə, bunlar daşınar əmlaka funksional yanaşma, onun üzərində üstünlük qaydalarının müəyyən edilməsi, tərəflərə bu barədə məlumat verilməsi və zərurət olduqda əmlakın tutuma yönəldilməsidir.

“Layihənin məqsədi daşınar əmlakın etibarlı təminat olmaması barədə yanaşmanı aradan qaldırmaqdır. Əlbəttə, daşınar əmlak daşınmaz əmlakla eyni olmasa da, hər halda dünyada bu model də işləyir”, - deyə A.Abdullayev qeyd edib

İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haeberli isə bildirib ki, Azərbaycan hökuməti daşınar əmlakının yüklülüyü ilə bağlı yeniliyin tətbiqinə böyük önəm verir: “Bu, islahat Azərbaycanda əhalinin maliyyə sektoruna inamını artıracaq”. 

Son xəbərlər

Orphus sistemi