Yuxarı

Azərbaycanda daha bir sığorta şirkəti bağlanıb

Maliyyə Nazirliyi Era Trans Sığorta şirkətinin lisenziyasını ləğv edib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) “Era Trans Sığorta” ASC-nin lisenziyasını ləğv edib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Era Trans Sığorta"da aparılmış yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmazlıqlarla əlaqədar verilmiş 6 aylıq möhlət müddətində nöqsanların aradan qaldırılmaması ilə əlaqədar bu qərar qəbul edilib. Xatırladaq ki, sığorta şirkətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin 25.11.2014-cü il tarixli əmri ilə 6 ay müddətinə dayandırılıb.

Şirkət lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq "Era Trans Sığorta"ya 01.06.2009-cu il tarixdə sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin əmri ilə ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi