Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha bir qeyri-bank təşkilatının lisenziyası ləğv edilib

    Bununla bağlı qərarı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası qəbul edib

    Bakı. 5 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin ayrılması üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilib.

    Bu barədə "Report"a Palatadan bildirilib.

    Məlumata görə, BOKT-un təsisçilərinin ümumi yığıncağı tərəfindən onun könüllü ləğvinə dair qərar qəbul edilib və bununla əlaqədar olaraq MBNP-yə müraciət olunub. “Bank olmayan kredit təşkilatları haqqında” qanun və Palatanın Nizamnaməsi rəhbər tutularaq BOKT-un 6 iyul 2006-cı il tarixli lisenziyası ləğv edilib.

    Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazələr verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi