Azərbaycanda daha bir investisiya şirkəti yaradıla bilər

Azərbaycanda daha bir investisiya şirkəti yaradıla bilər “Brokdil-Az” MMC təşkilati-hüquqi formasını dəyişə və fond bazarında fəaliyyətini bərpa edə bilər
Maliyyə
12 Aprel , 2017 11:29
Azərbaycanda daha bir investisiya şirkəti yaradıla bilər

Bakı. 12 aprel. REPORT.AZ/ “Brokdil-Az” MMC Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq təşkilati-hüquqi formasını dəyişə və investisiya şirkəti kimi fond bazarında fəaliyyətini bərpa edə bilər.

Bu barədə “Report”a açıqlamasında şirkətin direktoru, eyni zamanda “Atabank” ASC-nin Xəzinədarlıq Departamentinin direktoru Faiq Baxşıyev bildirib.

“Çalışırıq ki, bu şirkətin fəaliyyətini bərpa edək”, - deyə o, qeyd edib.

Xatırladaq ki, "Brokdil-Az" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,2 min manatdır. Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti 2015-ci ilin sonunda bitib. 

Son xəbərlər

Orphus sistemi