Yuxarı

Azərbaycanda daha bir bank bağlanıb

Gəncəbankın bank lisenziyası ləğv edilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, yanvarın 25-dən Banka müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “Gəncəbank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi