Azərbaycanda daha bir bank bağlanıb

Azərbaycanda daha bir bank bağlanıb "Gəncəbank"ın bank lisenziyası ləğv edilib
Maliyyə
394
25 Yanvar , 2016 09:30
Azərbaycanda daha bir bank bağlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, yanvarın 25-dən Banka müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “Gəncəbank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi