Azərbaycanda daha 63 sığorta agentinin lisenziyası dayandırılıb

Azərbaycanda daha 63 sığorta agentinin lisenziyası dayandırılıb Bu, həmin şəxslərin hesabatlılıqla bağlı Maliyyə Nazirliyinin təqdimatlarına riayət etməməsi ilə əlaqədardır
Maliyyə
11 Sentyabr , 2015 10:20
Azərbaycanda daha 63 sığorta agentinin lisenziyası dayandırılıb

Bakı. 11 sentybar. REPORT.AZ/ Azərbaycanda bəzi şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Maliyyə Nazirliyinin müvafiq əmri ilə 3 ay müddətinə dayandırılıb.

"Report"un Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu, həmin şəxslərin hesabatlılıqla bağlı Maliyyə Nazirliyinin təqdimatlarına riayət etməməsi ilə əlaqədardır. 

Ümumilikdə, 63 sığorta agentinin fəaliyyəti üçün verilmiş lisenziya dayandırılıb ki, bu da cari ilin sentyabr ayında ilk belə hadisədir. Avqust ayı ərzində daha 8 şəxsə, iyulda isə 71 sığorta agentinə verilmiş lisenziyalar dayandırılıb.

Son xəbərlər

Orphus sistemi