Azərbaycanda daha 15 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib

Azərbaycanda daha 15 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib Həmin şəxslər adambaşına orta hesabla 68 min manat kredit alıb
Maliyyə
14 Dekabr , 2016 09:56
Azərbaycanda daha 15 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib

Bakı. 14 dekabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə ipoteka kreditləşməsi davam edir. “Report” AİF-ə istinadən xəbər verir ki, daha 15 nəfərə dövlət xətti ilə ipoteka krediti verilib. Bununla da, AİF-in vəsaiti hesabına kredit alanların ümumi sayı 18 064-ə çatıb.

Yeni müştərilərə ümumilikdə 1,021 mln. manat borc verilib. Başqa sözlə, adambaşına ipoteka kreditinin məbləği təxminən 68 min manat təşkil edib. Son nəticədə AİF-in məcmu ipoteka portfeli 735,009 mln. manata yüksəlib. 

Son xəbərlər

Orphus sistemi