Yuxarı

​Azərbaycanda çəkilən film beynəlxalq müsabiqədə mükafat qazanıb

EBRD-nin keçirdiyi bu müsabiqənin digər iki qalibləri isə Bolqarıstan və Çilidən olan iştirakçılar olub

Bakı. 28 yanvar. REPORT.AZ/ "Tvebiomovies-2014" qısa film müsabiqəsinin üç qalibindən biri azərbaycanlı filmmeykerin çəkdiyi "Acgözlük" (Greed) filmi olub. "Report"un məlumatına görə, müsabiqəyə ümumilikdə 61 ölkədən 225 iştirakçı qatılıb.

Müsabiqədə iştirak edən filmlərin yer bölgüsü "Youtube"da baxış sayına görə müəyyən edilib. Azərbaycanlı iştirakçı Hüseyn Qulamovun alternativ energetikaya həsr edilmiş filmi "Youtube"da 31 700 dəfə baxılıb.

Müsabiqənin digər iki qalibləri isə Bolqarıstan və Çilidən olan iştirakçılar olub.

Qaliblər Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Londonda yerləşən baş ofisində 1 500 dollar pulla mükafatlandırılıb.

EBRD-dən verilən açıqlamaya görə, qurum bərpa olunan enerji məsələlərinə böyük diqqət göstərir. Onlar bankın investisiya portfelində üçüncü yeri bu sahənin tutduğunu və ötən il bu məqsədlə 8,9 mlrd. avro ayrıldığını deyiblər. Ümumilikdə 2006-cı ildən sonra bərpa olunan enerji sahələrinə 15 mlrd. avrodan artıq investisiya yatırılıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi