Yuxarı
    Bağlamaq

    Azərbaycanda bu ilin iki ayında ÜDM 0,4% artıb

    Əhalinin hər nəfərinə düşən ÜDM 1 035,6 manata bərabər olub

    Bakı. 15 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Azərbaycanda ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% artaraq 10 042,6 mln. manat təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1 035,6 manata bərabər olub.

    "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

    ÜDM-in 46,7%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,6%-i tikintidə, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 15,8%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5%-ni təşkil edib.

    Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% artıb, onun ÜDM-də xüsusi çəkisi 56,8% olub.

    Qeyd edək ki, 2017-ci ilin yanvar ayında ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% artaraq 5 233,1 mln. manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi