Yuxarı

Azərbaycanda bu il 56 yeni maliyyə müəssisəsi yaradılıb

22 müəssisə ləğv olunub

Bakı. 15 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 56 yeni maliyyə müəssisəsi yaradılıb, 22 müəssisə ləğv olunub. "Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, ölkədə mövcud olan maliyyə müəssisə və təşkilatlarının sayı ilin əvvəlindən 1,9% artaraq cari il iyulun 1-nə 1 622 ədədə çatıb. Bunun da 1590 və ya 98,03%- kommersiya təşkilatları olub.

Beləliklə, 1 iyul tarixinə ölkədə mövcud olan cəmi müəssisə və təşkilatların 1,56%-i məhz maliyyə və sığorta fəaliyyətilə məşğul olan subyektlərin payına düşüb.

2016-cı il yanvar-iyun ayları ərzində müəssisə və təşkilatların sayı 3,9% artaraq, 2016-cı il iyulun 1-i vəziyyətinə 104 191 olub.Artım əsasən iqtisadiyyatın "Turistlərin yerləşdirilməsi və ictimai iaşə", "İnzibati və yardımçı xidmətlərin göstərilməsi", "Daşınmaz əmlakla əlaqədar əməliyyatlar", "İnformasiya və rabitə", "Nəqliyyat və anbar təsərrüfatı" və "Digər sahələrdə xidmətlərin göstərilməsi"ndə daha nəzərəçarpacaq dərəcədə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi