Yuxarı
    Bağlamaq

    Azərbaycanda borcalanların rəsmi sayı illik 19% artıb

    Mərkəzləşdirilmiş Kredit Reyestrində kredit məlumatlarının sayı 8,8 milyona çatıb

    Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda rəsmi olaraq borcalanların ümumi sayı illik müqayisədə 19,3% artaraq 2014-cü il dekabrın 1-nə 2 289 861 nəfərə çatıb. "Report"un Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) istinadən verdiyi xəbərə görə, bura cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan borcalanlar da daxildir.

    Qeyd edək ki, 2013-cü ilin müvafiq dövründə illik artım 28,1% təşkil edib ki, bu da öz növbəsində rəsmi borcalanların illik artım dinmikasının getdikcə azaldığını göstərir.

    Reyestrdən bildirilib ki, dekabrın 1-nə borcalanların 2 259 061 nəfərini fiziki, 10 720 nəfərini hüquqi şəxslər, 20 800 nəfərini sahibkarlıq subyektləri təşkil edib. Fiziki şəxslərin sayında illik 19,3%, hüquqi şəxslərin sayında 7,9%, sahibkarlıq subyektlərinin sayında isə 21,4% artım qeydə alınıb.

    Məlumata əsasən, tam ödənilmiş kreditlər də daxil olmaqla MKR-dəki cəmi kredit məlumatlarının sayı illik 38,7% artaraq 2014-cü il dekabrın 1-nə 8 784 209-a çatıb. Bildirək ki, 2013-cü ilin müvafiq dövründə analoji illik artım 55,6% olub. Bu da kredit məlumatlarının artım dinamikasındakı azalmanı göstərir.

    Qeyd edək ki, MKR fiziki və hüquqi şəxslərin məbləğlərindən asılı olmayaraq, bütün kreditləri haqqında məlumatların toplandığı elektron bazadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi