Yuxarı

Azərbaycanda beynəlxalq sığorta müqavilələri üzrə 55 min manatdan çox vəsait toplanıb

​Martda 196 ədəd Yaşıl Kart müqaviləsi bağlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin mart ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyə ölkələrinə səfər edən avtonəqliyyat vasitələri üçün 196 beynəlxalq sığorta müqaviləsi bağlanıb. "Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 35 547 manat təşkil edib.

Ümumilikdə 2016-cı ilin yanvar-mart ayları ərzində 324 ədəd beynəlxalq sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta daxilolmaları 55 437 manat təşkil edib.

Qeyd edək ki, İcbari Sığorta Bürosu ilk dəfə 2012-ci ildə Yaşıl Kart sisteminə üzv olmaq məqsədilə sistemin idarəedici orqanı olan Bürolar Şurasına sorğu göndərib. Bu sorğuya ilkin olaraq müsbət rəy verilib və sistemə üzv olmaq istəyən Bürolar üçün zəruri hesab olunan hüquqi və digər tələblərlə tanış edilib. Ötən ilin may ayında Sopot şəhərində (Polşa) keçirilən Bürolar Şurasının Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” Beynəlxalq Sığorta Sisteminə qəbul olunması və 2016-cı il 1 yanvar tarixindən fəaliyyətə başlanması təsdiqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi