Yuxarı

Azərbaycanda bankomatların sayı azalmağa başlayıb

İlin əvvəlindən paytaxtda 106, regionlarda isə 53 bankomat bağlanıb

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 57 ədəd (-2,2%), ilin əvvəlindən isə 159 ədəd (-5, 9%) azalaraq cari il avqustun 1-nə 2 535 ATM təşkil edib. Bu barədə "Report"a Mərkəzi Bankdan məlumat verilib.

Bankomatların 1 396 ədədi və ya 55 %-i Bakıda, 1 139-i və ya 45%-i regionlarda yerləşir. İyul ayında paytaxtda 29 bankomat, regionda 28 bankomat ləğv olunub. İlin əvvəli ilə müqayisədə paytaxtda bankomatların sayı 7% və ya 106 ədəd, regionlarda 53 ədəd və ya 4,5% azalıb.

Hesabata əsasən, cari il avqustun 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.

Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi iyulda 330,4 min manata çatıb. Bu da öz növbəsində əvvəlki ayla müqayisədə 6,6 min manat və ya 2% artım deməkdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi