Yuxarı
    Bağlamaq

    Azərbaycanda bankomatların sayı azalır

    Bu ilin ilk rübü ərzində ölkədə 134 ATM bağlanıb

    Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan ərzisində quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 2 ədəd, ilin əvvəlindən isə 134 ədəd (-4,97%) azalaraq cari il aprelin 1-nə 2 560 ATM təşkil edib.

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bankomatların 1 421 ədədi və ya 55,5%-i Bakıda, 1 139-u və ya 44,5%-i regionlarda yerləşir. Mart ayında paytaxtda 3 bankomat bağlansa da, regionda bir yeni bankomat quraşdırılıb.

    İlin əvvəli ilə müqayisədə paytaxtda bankomatların sayı 5,4% və ya 81 ədəd, regionlarda 53 ədəd və ya 4,5% azalıb.

    Hesabata əsasən, cari il aprelin 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi