Yuxarı
    Bağlamaq

    Azərbaycanda bankların restrukturizasiya müddəti 2 dəfə uzadılıb

    Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Milli Məclisin plenar iclasında "Banklar haqqında" qanuna dəyişikliklər müzakirə olunaraq təsdiq edilib.

    “Report”un verdiyi xəbərə görə, Bankın öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı olan 57-11.6-cı maddədə deyilir ki, restrukturizasiya planına razılıq barədə maliyyə bazarlarına nəzarət orqanının yazılı bildirişini aldıqdan sonra bank, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bildirişdə müəyyən edilmiş müddətdə öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir. Restrukturizasiyaya başlamaq haqqında məhkəmənin qərarı qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən bankın öhdəliklərinin könüllü restrukturizasiyanın aparıldığı, lakin hər bir halda 180 gündən artıq olmayan müddət ərzində bu qanunun 57-11.8-ci və 57-11.21-ci maddələrində nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur. Bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər. Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.

    Qeyd edək ki, dəyişiklikdən əvvəl isə bu müddət 90 gün idi.

    57-11.8-ci maddədə deyilir ki, bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən bank alqı-satqı, dəyişdirmə, bağışlama müqavilələrinin və ya bankın hər hansı əmlakının özgəninkiləşdirilməsi ilə bağlı olan hər hansı digər müqavilələrin icra edilməsini, bank üçün hər hansı risk, o cümlədən, kredit riski yaradan borc, kredit, qarantiya və ya hər hansı maliyyələşdirmə növlərini təqdim edən müqavilələrin bağlanmasını və bankın məhkəmə tərəfindən təsdiq edilmiş restrukturizasiya planına daxil edilən öhdəliklərinin icrasını dayandırmaq hüququna malikdir.

    57-11.21-ci maddədə isə qeyd olunub ki, restrukturizasiya planında nəzərdə tutulan hallardan başqa, bank onun öhdəliklərinin restrukturizasiyası zamanı bankın digər hüquqi şəxslərdə iştirak etməsi və ya iştirak payının artırılması barədə qərar qəbul edə bilməz.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi