Azərbaycanda bankların müştəri bazası yenidən artmağa başlayıb

Azərbaycanda bankların müştəri bazası yenidən artmağa başlayıb Bank müştərilərinin sayı 5,7 mln. nəfərə yaxınlaşıb
Maliyyə
8 Sentyabr , 2017 16:38
Azərbaycanda bankların müştəri bazası yenidən artmağa başlayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 50 470 nəfər və yaxud 0,9% artaraq bu il avqustun 1-nə 5 663 280 nəfər təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, müştərilərin 5 582 900 nəfəri fiziki, 80 380 nəfəri hüquqi şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 48 347 nəfər və yaxud 0,87%, hüquqi şəxslərdə isə 2 123 nəfər və ya 2,71% artım qeydə alınıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım olub. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 7 388 nəfər və yaxud 3,51% artaraq 217 921 nəfərə çatıb.

Hesabata əsasən, bankların müştəri bazasında ilin əvvəli ilə müqayisədə isə 310 824 nəfər və yaxud 5,8% artım baş verib. 

Son xəbərlər

Orphus sistemi