Azərbaycanda bankların müştəri bazası artıb

Azərbaycanda bankların müştəri bazası artıb Sahibkarlıqla məşğul olan bank müştərilərinin sayı illik müqayisədə 5% artıb
Maliyyə
9 Avqust , 2016 10:17
Azərbaycanda bankların müştəri bazası artıb

Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycanda bank müştərilərinin ümumi sayı ilin əvvəlindən 20 172 nəfər və ya 0,35% artaraq iyulun 1-nə 5 736 557 nəfərə çatıb. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə 193 617 nəfər və ya 3,49%, illik müqayisədə isə 322 875 nəfər və ya 5,96% artım baş verib.

Hesabata əsasən, müştərilərin 98,49%-i və ya 5 649 934 nəfəri fiziki şəxslər, o cümlədən 183 430 nəfəri sahibkarlıqla məşğul olan şəxslərdir.

Bank müştərisi olan fiziki şəxslərin sayında illik müqayisədə 6,46% və ya 342 869 nəfər artım qeydə alınıb. O cümlədən, sahibkarlıqla məşğul olanların sayında 8 735 nəfər və ya 5,0% artım olub.

Qeyd edək ki, cari ilin iyunun 1-nə Azərbaycanda əhalinin sayı 9 747,4 min nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi