Azərbaycanda bankların Mərkəzi Bank qarşısında öhdəlikləri azalıb

Azərbaycanda bankların Mərkəzi Bank qarşısında öhdəlikləri azalıb AMB-nin kommersiya banklarına qarşı tələbi mart ayında azalmağa başlayıb
Maliyyə
6 İyul , 2016 17:41
Azərbaycanda bankların Mərkəzi Bank qarşısında öhdəlikləri azalıb

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına qarşı məcmu tələbi aprel ayı ərzində 115,5 mln. manat və ya 1,8% azalaraq cari il mayın 1-nə 6 307,4 mln. manat təşkil edib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, banklara tələblər mart ayından azalmağa başlayıb və bu tendensiya apreldə davam edib. AMB-nin statistik göstəricilərinə əsasən, Mərkəzi Bankın banklara tələbi cari ilin yanvarın 1-nə 5 375,0 mln. manat təşkil edib. Yanvarda bu göstərici 505,6 mln. manat və ya 9,41% artaraq 5 880,6 mln. manata, fevralda isə daha 544,7 mln. manat və ya 9,26% artaraq 6 425,3 mln. manata çatıb. Mart ayında isə bu göstərici 2,4 mln. manat və ya 0,04% azalaraq aprelin 1-nə 6 422,9 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi