Yuxarı

Azərbaycanda bankların dollara tələbatı 4 dəfə artıb

AMB bugünkü valyuta hərracında tələbatın yalnız 21%-ni qarşılayıb

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün, fevralın 26-da keçirdiyi valyuta hərracında kommersiya banklarının ABŞ dollarına faktiki tələbatı əvvəlki hərraca nisbətən 3,6 dəfə artaraq 243 mln. dollara çatıb. 

"Report"un məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, bankların dollara olan tələbatının bu dərəcədə artmasına baxmayaraq, AMB bugünkü hərracda cəmi 50 mln. dollarlıq valyuta kütləsi satıb və faktiki olaraq real tələbatı 20,6% səviyyəsində təmin edib. Bunun nəticəsində AMB dolların fevralın 29-na olan rəsmi məzənnəsini 0,2% artıraraq 1,5655 AZN/USD-yə yüksəldib.

Qeyd edək ki, bundan öncə, fevralın 24-də keçirilən əvvəlki hərracda kommersiya banklarının valyutaya faktiki tələbatı 66,760 mln. dollar olsa da, AMB-nin bunun yalnız 45%-ni (30 mln. dollar) təmin edib. Bu səbəbdən fevralın 25-nə dolların rəsmi məzənnəsi 1,5624 AZN/USD müəyyən edilib. Bu da gündəlik 0,20% artım deməkdir.

Qeyd edək ki, fevralın 24-də rəsmi məzənnə 1,5593 AZN/USD olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi