Azərbaycanda bankların büdcəyə faiz borcları 2,2 mln. manatdır

Azərbaycanda bankların büdcəyə faiz borcları 2,2 mln. manatdır Maliyyə sanksiyaları ilə bağlı öhdəliklər isə 4,8 mln. manat təşkil edir
Maliyyə
29 Dekabr , 2016 11:58
Azərbaycanda bankların büdcəyə faiz borcları 2,2 mln. manatdır

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının dövlət büdcəsinə faiz borcları 2,19 mln. manat, maliyyə sanksiyaları ilə bağlı öhdəlikləri isə 4,8 mln. manat təşkil edir. 

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.

Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə isə deyib ki, yeni qərara əsasən, vergi borcları deyil, borclar üzrə hesablanmış faizlər silinəcək: "Burada əsas məbləğin silinməsindən söhbət getmir".

Vergilər nazirinin müavini Sahib Ələkbərov isə əlavə edib ki, borcların silinməsi Nazirlik tərəfindən avtomatik həyata keçiriləcək və ödəyiciyə bildiriş göndəriləcək: "Borcların silinməsinə görə bizə müraciət etməyə ehtiyac yoxdur. Əgər hansısa sual yaranarsa, təbii ki, bizə müraciət edilməlidir".

Son xəbərlər

Orphus sistemi