Azərbaycanda banklardankənar nağd pul kütləsi 25% artıb

Azərbaycanda banklardankənar nağd pul kütləsi 25% artıb Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanda banklardankənar nağd pul kütləsi (M0 aqreqatı) aylıq müqayisədə 108,8 mln. manat və yaxud 1,5% azalaraq bu il fevralın 1-nə 7 381,5 mln. manat təşkil edib. 
Maliyyə
13 Mart , 2018 16:37
Azərbaycanda banklardankənar nağd pul kütləsi 25% artıb

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanda banklardankənar nağd pul kütləsi (M0 aqreqatı) aylıq müqayisədə 108,8 mln. manat və yaxud 1,5% azalaraq bu il fevralın 1-nə 7 381,5 mln. manat təşkil edib. 

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə isə M0 aqreqatında 1 458,6 mln. manat və yaxud 24,6% artım qeydə alınıb.

Qeyd edək ki, ölkədə nağd pul kütləsinin maksimal həddi 2014-cü il iyul ayında qeydə alınıb və 10 508,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi