Yuxarı
    Bağlamaq

    Azərbaycanda banklara təqdim olunan elektron arayışların sayı artıb

    e-Hökumət portalından daha çox Bank of Baku, Unibank və Accessbankın müştəriləri istifadə edir

    Bakı. 14 fevral. REPORT.AZ/ Ötən ilin sentyabr-dekabr ayları ərzində "İş yerinə dair arayış"ı elektron şəkildə təqdim edən Azərbaycan vətəndaşı olan istifadəçilərin sayı 275 937 olub. "Report"un "e-Hökumət" portalının hesabatına istinadən verdiyi xəbərə görə, banklar tərəfindən kreditlərin verilməsi üçün istifadə edilən e-arayışların sayı 2014-cü ilin dekabr ayı ərzində 25 612 olub. Bu isə analoji noyabr göstəricisindən 67% çoxdur.

    Xatırladaq ki, hazırda "e-Hökumət" portalına qoşulmuş bankların sayı 9-dur. "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətindən hazırda "Bank of Baku", "Unibank", "Accessbank", "Bakı Ticarət Bankı", "Muganbank", "Bank Respublika", "AGBank", "Rabitəbank" və Azərbaycan Beynəlxalq Bankının müştəriləri faydalanır.

    Qeyd edilən dövr ərzində ən çox "Bank of Baku", "Unibank" və "Accessbank"ın müştəriləri bu xidmətlərdən istifadə edib. Belə ki, "Bank of Baku"nun müştəriləri 26 148, "Unibank"ın müştəriləri 20 129 və "Accessbank"ın müştəriləri isə 5 525 dəfə bu portala müraciət ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi