ARPA: ​Azərbaycanda banklar risk siyasətinə yenidən baxmalıdırlar

ARPA: ​Azərbaycanda banklar risk siyasətinə yenidən baxmalıdırlar "Bizim vəzifəmiz hadisə baş verməmişdən əvvəl ona hazır olmaqdır"
Maliyyə
17 Aprel , 2015 18:27
ARPA: ​Azərbaycanda banklar risk siyasətinə yenidən baxmalıdırlar

Bakı.17 aprel. REPORT.AZ/ Hazırda Azərbaycanda banklar mütləq risk siyasətinə yenidən baxmalı,əgər yoxdursa hazırlamalıdırlar. Risklərin idarə olunması, stress testlər tez-tez həyata keçirilməlidir.

"Report"un verdiyi xəbərə görə bu barədə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosasiyası (ARPA) Direktorlar Şuasının üzvü Tural Baxşəliyev bugün Bakıda keçirilən ARPA üzvlərinin 5-ci Ümumi Yığıncağında - "5-ci Zirvə Görüşü"ndə çıxışında deyib. O bildirib ki, hazırda dünya böyük siyasi iqtisadi hadisələr baş verir, böhrandır və bu Azərbaycandan da yan keçmir.

"Azərbaycanda ən böyük hadisə manatın devalvasiyası oldu. Taksi sürücüsündən tutmuş vəzifəli şəxslərədək hər kəs bu sahədə öz proqnozunu verməyə çalışır. Devalvasiya Azərbaycanda banklar üçün stress hadisə kimi yadda qaldı. Bu stress hadisəsi bankların nə qədər dayanıqlı olub olmadığını, valyuta riskini ortaya çıxardı. Hazırda banklar mütləq risk siyasətinə baxmalı, əgər yoxdursa hazırlamalıdırlar. Risklərin idarə olunması, stress testlər tez-tez həyata keçirilməlidir, əməkdaşların təhsili təkmilləşdirilməlidir. Biz ARPA olaraq dəstək verməyə hazırıq."

T.Baxşəliyev bildirib ki, ARPA bank sektorunda risk peşəkarlarının yetişdirilməsində mühüm rol oynayıb.

"Altı ildə maraqlı yol keçmişik. Bizim vəzifəmiz hadisə baş verməmişdən əvvəl ona hazır olmaqdır. Əvvəllər bizim işimizi vaxt itkisi kimi qiymətləndirirdilər. Lakin son vaxt baş verən proseslər risk menecmentin,bizim fəaliyyətimizin nə qədər önəmli olduğunu daha açıq göstərdi. ARPA-nın fərdi, koorporativ üzvlərinin sayı ilbəil artır. Fəaliyyətimiz dövründə biz Azərbaycanda risk menecmentin inkişafına təkan vermişik. Müxtəlif universitetlərdə trenin seminarlarla keçirmişik."

Tədbir çərçivəsində həmçinin "Risk" jurnalının 7-ci sayı və "Bankçılıq və Risk Menecmentin əsaslar" kitabı da iştirakçılara təqdim olunub.

Qeyd edək ki, ARPA 2009-cu ildən etibarən fəaliyyət göstərən ictimai birlikdir. Assosasiya. 1000-dən çox fiziki, 20-dən çox korporativ üzvə malikdir. Əsas məqsəd iqtisadiyyatın bütün sahələrində risklərin idarə olunması mədəniyyətinin formalaşdırılması ilə yanaşı mühasibatlıq sahəsində də beynəlxalq səviyyəli təcrübələrin qazanılması və tətbiq edilməsinə yardımçı olmaqla Azərbaycanda sabit inkişafa təkan verməkdir.

Son xəbərlər

Orphus sistemi