Azərbaycanda bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair təkliflər müzakirə edilib

Azərbaycanda bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair təkliflər müzakirə edilib Bu gün Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib
Maliyyə
12 İyul , 2017 10:39
Azərbaycanda bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair təkliflər müzakirə edilib

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

ABA-dan “Report”a verilən məlumata görə, iclasın əsas məqsədi bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair verilmiş təkliflərin müzakirəsi və qiymətləndirilməsi olub.

Assosiasiyanın üzvü olan bankların hazırladığı təkliflər əsasən bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi, eləcə də maliyyə bazarlarının fəaliyyətinin, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar olub. Real sektorun kreditləşdirilməsinin bərpası və makroiqtisadi vəziyyətin sağlamlaşması trendinin gücləndirilməsi yönündə olan həll yolları isə əsas diqqət mərkəzində olan məsələlərdən olub. Həmçinin iclasda hüquqi bazanın və tənzimləyici-normativ aktların təkmilləşdirilməsi istiqamətində təkliflər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” prosessinq mərkəzi ABA-nın üzvüdür.

Son xəbərlər

Orphus sistemi