Yuxarı

Azərbaycanda bank qanunvericiliyinə əlavələr hazırlanıb

Azərbaycanda bank qanunvericiliyinə əlavələr hazırlanıb

74

Rüfət Aslanlı: Bu, bankların problemli aktiv və öhdəliklərini ayırmağa imkan verəcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mövcud bank qanunvericiliyi, o cümlədən "Banklar haqqında" qanuna əlavələrin layihəsi hazırlanıb.

"Report"un verdiyi xəbərə görə, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

"Bu, imkan verəcək ki, bankların problemli aktivləri və öhdəliklərini bir-birindən ayıraq, sağlam aktivləri mövcud banklara keçirək, problemləri bir çətir altında birləşdirib həll edək", - deyə R.Aslanlı vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi