Yuxarı

​Azərbaycanda bağlanmış sığorta şirkətinin ləğvetmə prosesində olan 2 bankdan alacağı var

Era Trans Sığortanın Royal Bank və United Credit Bankda600 min manatlıq depoziti qalıb

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanda lisenziyası ötən ilin iyun ayında Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən ləğv edilmiş "Era Trans Sığorta" ASC müştəriləri ilə bağladığı bütün müqavilələr üzrə öhdəliklərini yerinə yetirib. 

Bunu "Report"a açıqlamasında şirkətin əsas səhmdarı və İdarə Heyətinin sədri Elşən Babayev deyib.

Bununla belə, E.Babayev lisenziyanın ləğvindən ötən 1 il ərzində nə qədər sığorta ödənişi həyata keçirdiklərini açıqlamayıb. 

"Era Trans Sığorta" bazarı tərk etsə də, hələ onun dövlət qeydiyyatı ləğv edilməyib.

İdarə Heyəti sədrinin sözlərinə görə, şirkətin kreditor kimi Mərkəzi Bankın lisenziyasını ləğv etdiyi "Royal Bank" və "United Credit Bank" ASC-lərdən alacağı məbləğ var: "Bu iki bankın hər birində təqribən 300 min manat depozitimiz olub, hazırda həmin məbləğin bankların ləğvedicisi tərəfindən bizə ödənilməsini gözləyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi