Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 15 mln. manatdan çox kompensasiya ödənilib

    Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb

    Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

    "Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 6 350 549 manat, “Zaminbank”ın əmanətçilərinə 6 350 549 manat, “Kredobank”ın əmanətçilərinə 1 637 959 manat, “Dekabank”ın əmanətçilərinə isə 1 067 399 manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 15 406 456 manat ödəniş edilib.

    Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi