​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 15 mln. manatdan çox kompensasiya ödənilib

​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 15 mln. manatdan çox kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
5 Avqust , 2016 11:57
​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 15 mln. manatdan çox kompensasiya ödənilib

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

"Report" ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 6 350 549 manat, “Zaminbank”ın əmanətçilərinə 6 350 549 manat, “Kredobank”ın əmanətçilərinə 1 637 959 manat, “Dekabank”ın əmanətçilərinə isə 1 067 399 manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 15 406 456 manat ödəniş edilib.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi