​Azərbaycanda aylıq deflyasiya güclənir

​Azərbaycanda aylıq deflyasiya güclənir İyunda aylıq deflyasiya 1,1%-ə yüksəlib
Maliyyə
15 İyul , 2015 10:13
​Azərbaycanda aylıq deflyasiya güclənir

Bakı. 14 iyul.REPORT.AZ/ Cari ilin iyun ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,7% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1% ucuzlaşıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, balıq məhsullarının, günəbaxan yağının, şəkər tozunun, bananın, alçanın, gilasın, çiyələyin, xiyarın, pomidorun, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın, kələmin, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, yumru düyünün, yumurtanın, limonun, almanın, qozun, şabalıdın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Qeyd edək ki, bu ilin mayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,5% enib, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% artıb. Ümumilikdə, istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6% düşüb.

Son xəbərlər

Orphus sistemi