Yuxarı

Azərbaycanda avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı 2% artıb

Son bir ildə sığorta müqavilələrinin sayında 5% artım müşahidə edilib

ı. 1 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 355 müqavilə qeydiyyata alınıb.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, bunların 14 062-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Hesabat ayında standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 mln. manat təşkil edib.

Ötən ilin avqust ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 4,7%, sığorta haqlarının məbləğində isə 2,6% artım müşahidə edilib.

Avqustda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği əvvəlki ayla müqayisədə 1,7% artaraq 79,2 manat təşkil edib.

Ötən ay avtomobillərin icbari sığortası üzrə sığorta şirkətləri tərəfindən 1 986 sığorta tələbi qeydiyyata alınıb. Bu tələblər üzrə 2,5 mln. manata yaxın məbləğində sığorta ödənişi həyata keçirilib. İllik müqayisədə sığorta ödənişlərinin məbləğində 33% artım qeydə alınıb.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

Nəqliyyat vasitəsinə
dəyən zərər üzrə
Əmlaka
dəyən zərər üzrə
Sağlamlığa
dəyən zərər üzrə
Şəxsin ölümüCəmi
SayMəbləğ (manat)SayMəbləğ (manat)SayMəbləğ (manat)SayMəbləğ (manat)SayMəbləğ (manat)
18762 292 1463848 4705463 0001890 0001 9862 493 616

Qeyd edək ki, 2016-cı ilin avqust ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 222 manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi