Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlər azalıb

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlər azalıb Ötən ay avtomobillərin icbari sığortası üzrə 2,1 mln. manat ödəniş edilib
Maliyyə
3 Mart , 2015 13:32
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödənişlər azalıb

Bakı. 3 mart. REPORT.AZ/ Cari ilin fevral ayı ərzində Azərbaycanda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1 771 sığorta tələbi üzrə 2,1 mln. manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib.

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, sığorta ödənişlərinin həcmində ötən ilin fevral ayı ilə müqayisədə 6,9% azalma müşahidə olunur.

Fevral ayında həyata keçirilən sığorta ödənişlərinin 1,87 mln. manatı nəqliyyat vasitəsinə dəyən zərər, 87,1 min manatı əmlaka dəyən zərər, 77,8 min manatı sağlamlığa dəyən zərər, 65 min manatı şəxsin ölümü ilə əlaqədar olub.

Hesabat ayında İcbari Sığorta Bürosu tərəfindən 2 kompensasiya tələbi üzrə 4,5 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi