Yuxarı
    Bağlamaq

    Azərbaycanda avroya tələbat 36% artıb

    Avropa valyutasına tələbatın artması ümumiyyətlə xarici valyutaya tələblə bağlıdır

    Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində kommersiya banklarından xalis avro alışı aylıq müqayisədə 35,85% artaraq 2016-cı ilin sentyabr ayında 35 265,1 min təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, 2016-cı ilin ilk 9 ayında kommersiya banklarının əhaliyə xalis valyuta satışı 193 141,8 min avro olub. Avqustda isə əhalinin kommersiya banklarından xalis avro alışı 25 959 min təşkil edib.

    Keçən ilin sentyabrında isə bankların əhaliyə xalis avro satışının həcmi 70 629,6 min olub.

    "Report"un analitik qrupu qeyd edir ki, əhalinin avroya tələbatının artması daxili bazarda xarici valyutaya yaranan tələblə bağlı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi