Azərbaycanda aqrar sahədə vergi hesabatlılığının yaxşılaşdırılması üçün layihə hazırlanıb

Azərbaycanda aqrar sahədə vergi hesabatlılığının yaxşılaşdırılması üçün layihə hazırlanıb Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunmasına, dövlətin bu sahədə çalışanlara subsidiyalar verməsinə, onların bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə etməsinə baxmayaraq, aqrar sahədə vergi hesabatlılığı günün tələblərinə cavab vermir.
Maliyyə
18 İyul , 2019 10:11
Azərbaycanda aqrar sahədə vergi hesabatlılığının yaxşılaşdırılması üçün layihə hazırlanıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunmasına, dövlətin bu sahədə çalışanlara subsidiyalar verməsinə, onların bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə etməsinə baxmayaraq, aqrar sahədə vergi hesabatlılığı günün tələblərinə cavab vermir.

“Report” xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülməsi zəruri olan işlər barədə danışan nazir müavini deyib ki, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur.

“Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük layihə hazırlanıb və ilkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi