Azərbaycanda aparıcı dövlət və özəl qurumların nağd əməliyyat dövriyyəsi azalıb

Azərbaycanda aparıcı dövlət və özəl qurumların nağd əməliyyat dövriyyəsi azalıb Bu ilin yanvar-mart aylarında Azərbaycanın aparıcı dövlət və özəl qurumları nağd şəkildə 430 496 882 manatlıq əməliyyatlar aparıb.
Maliyyə
13 Aprel , 2019 14:07
Azərbaycanda aparıcı dövlət və özəl qurumların nağd əməliyyat dövriyyəsi azalıb
google.az

Bu ilin yanvar-mart aylarında Azərbaycanın aparıcı dövlət və özəl qurumları nağd şəkildə 430 496 882 manatlıq əməliyyatlar aparıb. 

“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 485 863 manat və yaxud 1,3% azdır.

Məlumata görə, ümumilikdə 33 qurumun yer aldığı siyahıya liderliyi 197 138 541 manatla Dövlət Gömrük Komitəsi (DGK) edir. Digər iki yeri isə müvafiq olaraq 46 577 510 manatla “Azərişıq” ASC və 42 080 826 manatla Vergilər Nazirliyi bölüşür.

Sonuncu yerləri isə heç bir əməliyyat aparmayan Bank Sertifikat Xidmətləri Mərkəzi və Elektron Lisenziyalar Portalı tutub. 

Sıra № Qurumun adı Əməliyyatların sayı Əməliyyatların həcmi
1 Dövlət Gömrük Komitəsi 320 416 197 138 541
2 “Azərişıq” ASC 2 239 220 46 577 510
3 Vergilər Nazirliyi 283 783 42 080 826
4 SOCAR-ın“Azəriqaz” İB 1 430 210 40 116 879
5 Daxili İşlər Nazirliyi 1 106 288 32 645 453
6 İpoteka və Kredit Zəmanət Fondu 106 407 21 894 015
7 Dövlət Sosial Müdafiə Fondu 278 176 16 301 117
8 İcbari Sığorta Bürosu 121 202 6 348 992
9 “Azərişıq” ASC (Smart) 583 845 5 857 706
10 Stasionar Telefon Operatorları 867 232 4 373 737
11 “Azərsu” ASC 473 386 3 758 558
12 Əmlak Məsələləri Dövlət Komitəsi 102 017 3 620 611
13 Ali Təhsil Müəsisələri 5 154 2 936 671
14 Dövlət Miqrasiya Xidməti 11 899 2 678 459
15 “Azercell Telecom” MMC 225 252 861073
16 Maliyyə Nazirliyi 40 744 550 024
17 Qida Təhlükəsizliyi Agentliyi 7 758 546 937
18 Məhkəmələr 29 615 517 270
19 Bakı Nəqliyyat Agentliyi 25 307 491 256
20 “Azəristiliktəchizat” ASC 31 404 373 137
21 “Bakcell” MMC 105 474 346 958
22 “Azerfon” MMC 72 300 186 282
23 İqtisadiyyat Nazirliyi 10 439 167 069
24 Dövlət İmtahan Mərkəzi 1 914 88 099
25 Təhsil Nazirliyi 690 22 425
26 Xarici İşlər Nazirliyi 969 7 818
27 Ədliyyə Nazirliyi 293 5 860
28 Milli Sertifikat Xidmətləri Mərkəzi 132 2 474
29 Fövqəladə Hallar Nazirliyi 6 600
30 Əmanətlərin Sığortalanması Fondu 5 466
31 Məktəbdənkənar təhsil müəssisələri 1 60
32 Bank Sertifikat Xidmətləri Mərkəzi 0 0
33 Elektron Lisenziyalar Portalı 0 0
Cəmi 8 481 538 430 496 882

Son xəbərlər

Orphus sistemi