Azərbaycanda 46 sığorta agentinin lisenziyası dayandırılıb

Azərbaycanda 46 sığorta agentinin lisenziyası dayandırılıb 2 sığorta agentinin lisenziyası isə könüllü şəkildə ləğv edilib
Maliyyə
13 İyun , 2017 15:04
Azərbaycanda 46 sığorta agentinin lisenziyası dayandırılıb

Bakı. 13 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarı ilə bəzi sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb, 3 sığorta agentinin lisenziyası isə ləğv edilib.

“Report” Palataya istinadən xəbər verir ki, iclasda Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

İclasda həmçinin, Nüşabə Qurban qızı Babayevanın, Pənah Məhəmməd oğlu Qurbanovun və Zaur Namiq oğlu Hüseynovun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Son xəbərlər

Orphus sistemi