Azərbaycanda 2 ASC-nin səhmləri bahalaşıb

Azərbaycanda 2 ASC-nin səhmləri bahalaşıb Söhbət "Goranboy Ət" və "Bakıinşaatsənaye" ASC-lərdən gedir
Maliyyə
10 Noyabr , 2016 16:46
Azərbaycanda 2 ASC-nin səhmləri bahalaşıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) "Goranboy Ət" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 440 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 0,5 manat olsa da, onlar 4 dəfə baha - 2 manata alınıb-satılıb.

Bu gün BFB-də həmçinin "Bakıinşaatsənaye" ASC-nin 140 səhmi üzrə təkrar sövdələşmə qeydə alınıb. Bu müəssisənin səhmləri nominal dəyərindən 15,5% çox - 2,31 manata realizə olunub.

Xatırladaq ki, "Goranboy Ət" ASC 1995-ci ildə, "Bakıinşaatsənaye" ASC isə 2004-cü ildə yaradılıb. Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı müvafiq olaraq 77 434 manat və 260 726 manatdır.

Son xəbərlər

Orphus sistemi