Bakı. 27 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 11 fiziki şəxs sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar alıb.
“Report” bu barədə Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumatda deyilir ki, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, attestasiyadan müvəffəqiyyətlə keçmiş Əlizadə Şəmistan Mehrəli oğlu, Həsənov Murad Hafiz oğlu, Qarayeva Samirə Arif qızı, Məmmədov Murad Umudvar oğlu, İslamova Jalə Elman qızı, Əfəndiyev Ceyhun Rafiq oğlu, Qasımov Elçin Ədalət oğlu, Bayramov Röyal Tofiq oğlu, Muradov İlkin Əlösət oğlu, Zeynalov Elnur Balaş oğlu və Məmmədov Fəxri Loğman oğluna lisenziya verilib.