Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 629,4 mln. manat həcmində vəsait yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,7% çoxdur. Bu, məcmu kapital qoyuluşunun 71,5%-nə bərabərdir.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 534,2 mln. manatı (84,9 %-i) Birləşmiş Krallıq, Türkiyə, İsveç, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.
Rəsmi statistikaya əsasən, 2016-cı ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 880,7 mln. manat vəsait yönəldilib, onun 772,0 mln. manatı və ya 87,6%-i məhsul istehsalı obyektləri, 65,7 mln. manatı (7,5%-i) xidmət sahələri üzrə obyektlərin, 43,0 mln. manatı (4,9%-i) isə ümumi sahəsi 133,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 28,5%-ni təşkil edib.