Yuxarı

Azərbaycana idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti uzadılıb

Azərbaycana idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti uzadılıb

Azərbaycana idxal olunan kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar, südlü pastalar üçün aşağı gömrük rüsum həddinin müddəti daha iki il uzadılıb. 

"Report"un məlumatına görə, Baş Nazir Əli Əsədov dekabrın 4-də “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsini nəzərdə tutan qərarı imzalayıb.

Qərara əsasən, ölkəyə idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb. Bu addım kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün atılıb. 

Qeyd edək ki, 2017-ci ildən Azərbaycana gətirilən kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar, südlü pastalara 5%-lik gömrük rusumu tətbiq olunub. Bundan əvvəl həmin məhsulların idxalından 15%-lik gömrük rüsumu alınırdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi