Yuxarı
    Bağlamaq

    Azərbaycan yaşayış minimumunu 14% artırır

    Ehtiyac meyarı isə sabit saxlanılır

    Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir. 

    "Report" xəbər verir ki, bu, "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində nəzərdə tutulub.

    Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.

    Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

    Gələn il Azərbaycanda ehtiyac meyarının isə builki səviyyədə - 105 manat saxlanılması təklif edilir. Bu, "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində nəzərdə tutulub.

    Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər artıq Milli Məclisə daxil olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi