Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mülki məsuliyyətini sığortalayacaq şirkət məlum olub

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mülki məsuliyyətini sığortalayacaq şirkət məlum olub Gəmiçiliyin bu məqsədlə keçirdiyi açıq müsabiqədə "PAŞA Sığorta" qalib gəlib
Maliyyə
18 Yanvar , 2017 15:23
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mülki məsuliyyətini sığortalayacaq şirkət məlum olub

Bakı. 18 yanvar. REPORT.AZ/ “PAŞA Sığorta” ASC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sığorta xidmətlərinin satın alınması məqsədi ilə keçirdiyi açıq müsabiqənin qalibi olub. Bu barədə “Report”a Gəmiçilikdən bildirilib.

Məlumata görə, müsabiqə ötən il, dekabrın 5-də “Gəmi sahiblərinin məsuliyyət sığortası” növü üzrə elan edilib. Məqsəd “Gəmi sahiblərinin üçüncü şəxslər qarşısında məsuliyyət sığortası” üzrə sığorta xidmətlərinin satın alınması olub.

Müsabiqədə iştirakını təsdiq edən 4 iddiaçıdan 3-ü təkliflə çıxış edib. Bu il yanvarın 10-da “Paşa Sığorta” şirkəti qalib elan edilib.

Bununla belə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” bağlanılacaq sığorta müqaviləsi üzrə ödəniləcək sığorta haqqının və əldə ediləcək sığorta təminatının ümumi dəyərini açıqlamayıb. 

Son xəbərlər

Orphus sistemi