“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sığortaçı seçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sığortaçı seçir Müraciət üçün son tarix 13 dekabrdır
Maliyyə
6 Dekabr , 2016 09:20
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sığortaçı seçir

Bakı. 6 dekabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sığorta xidmətlərinin satın alınması məqsədi ilə açıq müsabiqə elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Bundan başqa, ölkənin baş gəmiçilik təsərrüfatı lövbər və lövbər zəncirləri də almaq istəyir. Bu məqsədlə də açıq müsabiqə keçirilir.

Hər iki müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az internet səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədlər və müsabiqə barədə ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son tarix 13 dekabr, ünvan isə Bakı şəhəri, Rəsulzadə küçəsi,5-dir. 

Son xəbərlər

Orphus sistemi