Yuxarı

​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin kapitalı artırılıb

Bu, şirkətin səhmlərinin sayının artırılması hesabına baş verib

Bakı. 4 avqust. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi barədə 24 yanvar 2014-cü il tarixli qərarına dəyişiklik edib. "Report" xəbər verir ki, dəyişikliyə əsasən, şirkətin nizamnamə kapitalı 14,77% və ya 56 630 377 manat artırılıb.

Belə ki, əgər indiyə qədər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin kapitalı hər birinin nominal dəyəri 1 manat olan 383 420 621 səhm əsasında formalaşmışdısa, dəyişikliklərdən sonra səhmlərin sayı 440 050 998-ə, paralel olaraq nizamnamə kapitalı 440 050 998 manata çatdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi